May
16
Bölmə: Müsabiqə |
Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən yüksək bal 31, “Hekayə” nominasiyasında isə 30 olub (maksimal bal- 50). Müsabiqədə ən az balı “Şeir” nominasiyasının iştirakçılarından biri alıb. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

114 oxuma |
May
16
Bölmə: Ədəbiyyat |
Mübarəkə, Sonaya, gəzintilərimizdə tez-tez qarşılaşdığımız Çingiz Əlioğluna
1.
Meydanın daş döşəməsindən əvvəl çiskin, şeh
bir az bu boş meydanın qarovulçusuna,
bir az da əkin müqəvvasına bənzəyən heykəlin qafasına,
bürüncünə deyil, onun əzəmətinə düşür, oturur,
onu qaraldır, üstünə kölgə salır,
metafizikamı fizikayla puç olur tərsinəmi- bunu bilmirəm,
amma bu bizdə, Əlioğlu Çingiz demişkən, heç şübhəsiz, şübhə oyadır.
Əslində nə baş verir: su xassəsini dəyişir,
torpaq onu məcnun yanğısıyla çağırır, çəkir,
altı vergul altmış yeddilik gücüylə sevir,
adamlar isə hələ də möcüzə axtarır
və onu nədənsə tapmırlar. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

67 oxuma |
May
16
Daha bir 8 may yaşadıq
Topa-topa daşlara, lopa-lopa qar yağa
Xizəkli uşaqların şütüyələr sol-sağa
…Salam Şuşam!
Mənim şəhdim, şəkərim!
Salam Şuşam, mənim şəhid şəhərim.
Neyləsən də adamı hərdən lirik ovqat çulğayır. Nədənsə digər «şəhid» rayonlarımızdan fərqli, Şuşa barədə rahat düşünə bilmirəm. Türklər demiş, hissi davranıram. Təbii bunun bir çox səbəbləri var. Biri budu ki, mən Nəsrəddin Tusi adına Pedoqoji Universitetin Şuşa filialını bitirmişəm və hər il, Şuşanın işğal günü sonralar tanıyıb dost olacağım Kərim Kərimlinin yuxarıda yazdığım şeirini Universitetin fotoqrafı Yusifin bapbalaca oğlunun dilindən eşitmişəm. Başında milli papaq, əynində qara kostyum, ağ köynək, boynunda qara kəpənək… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

21 oxuma |
May
15
Bölmə: Ədəbiyyat |
Kloun
- Mən onu istəyirəm, onu istəyirəm… onu, - təxminən beş yaşlarında olan uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək dayanmadan anasının əlini dartırdı.
- Yaxşı, atana deyərik çağırar.
- Yox, mən özüm onun yanına getmək istəyirəm.
- Olmaz.
- Niyə axı?…
- Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik «zakaz» eləsin. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

100 oxuma |
May
14
Bölmə: Kino |
Kino bayramı yenə bizdən yan keçəcək
Bu gün axşam 61-ci Beynəlxalq Kann Film Festivalı açılır. Festival öz işinə braziliyalı rejissor Fernando Mereillesin məşhur portuqaliyalı yazıçı, Nobel mükafatı laureatı Joze Saramaqonun romanı əsasında çəkdiyi “Blindness” adlı psixoloji qorxu filminin nümayişi ilə başlayacaq.
Məşhur aktyor Eduard Baerin baş rolda olacağı açılış mərasiminə və filmin qala nümayişinə Julian Mur, Mark Ruffalo, Denni Klover və G.Qarsia Bernal kimi ünlü oyunçular da qatılacaqlar. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

35 oxuma |
May
14
Bölmə: Teatr |
Aliyə Dadaşova
Bakı Kamera Teatrının sonuncu premyerasıdır «Aydın». Rejissoru Cənnət Səlimova. Bəstəkarı Firudin Allahverdi. Qabaqcadan deyim biləsiniz, Cəfər Cabbarlının yaratdığı Aydın deyil bu Aydın. Yəni pyes o pyesdir, amma Aydın o Aydın deyil.O Aydının əhvalının və əhvalatının Kameradakı Aydından fərqi çoxdur. Əgər Cəfər Cabbarlının Aydını fəlsəfə püskürən, uzun-uzadı qarışıq, mürəkkəb nitqlərin içində, pafosunda itib batan Aydın idisə, bu Aydın sadə, gözümüzlə gördüyümüz, içində olduğumuz həqiqətin yüzlərlə qurbanlarından biridir. Bu Aydın sonda həqiqətini bulan zavallılardandı. Bu Aydın öz yerini aşağı qatda boş şərab şüşələrinin arasında tapmış Aydındır. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

44 oxuma |
May
12
Bölmə: Ədəbiyyat |
“Çağdaş ədəbi mühitimizdə çox ciddi savadsızlıq mövcuddur və bu çox pisdir”
Mayın 13-də Baş nazirin müavini, xalq yazıçısı Elçinin 65 yaşı tamam olur.
- Hər yubiley insanın bir növ özü ilə hesabatı deməkdir. Bu baxımdan, Siz 65 yaşın hesabatına hazırsınızmı?
- Əslində, bu 65 rəqəmindən heç xoşum gəlmir, amma əlbəttə, vaxt öz işini görür. Mən bu yaşa qətiyyən yubiley kimi baxmıram. Amma hər ildönümünün də yekun olması bir həqiqətdir. Mən də gördüyüm və görmək istədiyim işlər haqqında düşünürəm və son bir ilin hesabatın aparanda yazı-pozu baxımından ömrümün bu ilindən razıyam. Bu bir ildə 3 pyes yazdım, onlardan biri - “Arılar arasında” Akademik Milli Teatrda tamaşaya qoyuldu, ssenarim əsasında çəkilən “Hökmdarın taleyi” filmi tamamlandı. Bu 65 ildə yazdığım əsərlərin əksəriyyətinin daxil olduğu 10 cildliyim nəşr olundu. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

123 oxuma |
May
12
Bölmə: Ədəbiyyat |
…birinci kədər…
Orda…
“Elmlər”in girəcəyində
Böyük sütunlar
Ortaboy qadın
Kiçik təbəssüm
Və xırdaca ümid şəkli var… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

236 oxuma |
May
10
Bölmə: Kino |
Bir müsabiqənin tarixçəsi
Vəfa Cəfərova
Azərbaycanda həyat İçərişəhərdəki küçələrə bənzəyir. Sən hansısa yolu seçib gedirsən və sonda təbii ki, istədiyin mənzilə çatacağına ümid edirsən. Amma sonda düzgün saydığın yolun sonunda dalana dirənirsən. Və bir anlıq da olsa ümidsizlik hissi səni öz caynağına keçirir. Bizim əbədi dalanımız – ( banal görsənməkdən qorxmayıb deyəcəm) bizim hökümətimizdir. Yəni hökümətimizin istənilən nazirliyi.
Harri Potter kitabından bir cümlə heç vaxt yadımdan çıxmayacaq – “Möcüzə nazirliyi insanlardan möcüzənin movcudluğunu gizlətmək üçün yaradılmışdı”. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

104 oxuma |
May
10
Bölmə: Moda |
Fəxriyyə Xələfova bu işin o qədər də asan olmadığını dedi
Azərbaycanın ən məşhur modelyerlərinin hər birinin brendi və moda evləri var. Lakin moda sahəsində Avropaya və dünyaya inteqrasiyaya can atan modelyerlərimiz hələ də yetərli nailiyyət əldə edə bilməyiblər. Dünya praktikasında modelyerlər firmalarla müştərək əməkdaşlıq çərçivəsində xüsusi marka istehsalı ilə məşğuldur.
Məsələn, 2005-ci ildə hip-hop stilində geyim istehsalına başlayan Pepsi bu dəfə qadınlar üçün geyim kolleksiyalarının istehsalını nəzərdə tutub. Satış dükanlarında Pepsinin yeni geyim kolleksiyaları 2008-ci ilin ilk yarısında görünəcək. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

36 oxuma |
May
9
Bahar Rüstəmli
…Kirxada konsert gedirdi. İlk ifa tamamlandı. Pauza. Salonda alqışlar səsləndi. Yanımda əyləşmiş kişi mənə sarı əyilərək astaca, güclə eşidiləcək tərzdə dedi: “Birinci aktdan sonra əl çalınmır”. Təəccüblə ona sarı çevrildim. O artıq mənə baxmırdı. Qollarını sinəsində çarpazlayaraq gözlərini düppədüz səhnəyə zilləmişdi. Bundan sonra mənə bircə kəlmə də demədi. Musiqi səslənirdi. Amma musiqiyə marağım tamamilə itmişdi. Mən salondakılara nəzər yetirirdim. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

56 oxuma |
May
9
QULU AĞSƏSİN DOĞUM GÜNÜNƏ
“1969-cu ilin 20 aprel günü atam Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya təşrif buyurdum… Ömürlüyüm kökaltı ifadəyə bənzər; surətini çıxarmaq mümkün olsaydı, yaxamdan asıb diyarbadiyar gəzərdim”.
Bu sözlər yaxınlarda növbəti doğum gününü qeyd edən şair Qulu Ağsəsin bu dünyaya etiraz notları üstə kökləyərək dilə gətirdiyi tərcümeyi-halındandır. Dəqiq bilirəm ki, qələm dostumuz bu dünyayla dil tapsaydı, şair olmazdı, ədəbiyyatımız da yepyeni bir nəfəsin hərarətindən məhrum olardı. “Hazırkı məqamda onun şeir yaradıcılığı iki müxtəlif qaynağa söykənir: klassik-milli və modern-qeyri-milli. Gümana görə, gənc şairin əsl yaradıcılıq yolu məhz bu iki qaynağın vəhdətindən yaranmalıdı, yəni klassik nəfəs modern - Ağ nəfəslə qaynayıb-qovuşmalı və möhkəm vəhdət ədəbiyyat tariximizə Qulu Ağsəs üslubunu gətirməlidi” (Bayram Əvəzoğlu). Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

103 oxuma |
May
9
Bölmə: Teatr |
Bir tamaşaya söz ardı
Cəmiyyətdə dönüşü olmayan dəyişikliklərə ləyaqətin itirilməməsi bahasına sinə gərmək, məişət nizamsızlığı qarşısında sınmamaq… «kandarda dayanıb qapını döyən» taledən, qismətdən qorunmaq mümkünmü? Norveç dramaturqu Henri İbsenin də düşüncələrindən yan keçməyib bu suallar. Sanki sosial faciəni, etik-mənəvi çevrilişlərin insanlığa təsirsiz ötüşməyəcini öncədən hiss edirmiş dramaturq.
Əsərlərindən göründüyü kimi İbseni hər zaman məhəbbətə layiq insanların taleyi maraqlandırıb. Təkcə mənafelərini deyil, hətta özünü belə məhəbbətə qurban verməyi bacaran insanların “kəşfi” maraqlandırıb həm də. Təsadüfi deyil ki, ilk dəfə məhz İbsen, ailəiçi münasibət pərdələrini qaldırıb. Yalnız maraq xatirinə deyil. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

47 oxuma |
May
8
Bölmə: Kino |
Gənc kinematoqrafçılar nazirliyi tənqid edirlər
Mayın 6-da Mədəniyyət və Turizm Nazirliyinin 35 yaşınadək olan gənc rejissorlar arasında keçirdiyi «Bu meydan, bu ekran» video formatda qısametrajlı film müsabiqəsinin qalibləri elan olundu.
Əvvəlki illərdən fərqli olaraq, bu il 8 lahiyə seçiləcəkdi ki, bunun da 5-i sərbəst, 3-ü Qarabağ mövzusundan bəhs etməli idi. Layihələri isə özəl və dövlət studiyaları (prodakşnları) təqdim edə bilərdi. Bir film üçün büdcəsi 30 min manat olan layihənin məqsədi yeni yaranmış prodakşnlara və gənc rejissorlara sınaq imkanı yaratmaqdır. Artıq 3-cü dəfə keçirilən bu ilki müsabiqədə bəzi arzuolunmaz hallar yaşanıb. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

73 oxuma |
May
7
Bölmə: Ədəbiyyat |
***
Əlisəmid Kür,
Bayırda leysan tökür,
Mən durmuşam
pəncərənin qabağında,
Gözlərim yol çəkir -
Və «Yol» düşür yadıma,
bizim «Yol»umuz,
Qocaldıq,
qardaş,
qocaldıq,
Əl çəkdik hər şeydən,
Amma əl çəkmədi bizdən
qeylü - qalımız. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

484 oxuma |
May
5
Bölmə: Ədəbiyyat |
Son on ildə ac qalmaq məharətini nümayiş etdirən artistlərə maraq çox azalıb. Əvvəllər belə tamaşaları təşkil etmək çox sərfəli olsa da, indi bu, qətiyyən mümkün deyil. Onda başqa dövr idi. O vaxtlar aclıq edən artist haqqında bütün şəhər danışırdı, tamaşaçıların sayı günbəgün çoxalırdı, hər kəs aclıq edəni heç olmasa, gündə bir dəfə görmək istəyirdi; az sonra kiçik qəfəsin qarşısında bütün günü oturan abunə sahibləri meydana gəldi; hətta gecələr də tamaşa davam edirdi – effekti artırmaq üçün istifadə olunan məşəllərin işığında. Yaxşı havada qəfəsi küçəyə çıxarırdılar və bu vaxt aclıq edən artistin tamaşaçıları uşaqlar olurdular. Böyüklər onu sadəcə əyləncə xatirinə, ya da dəbə uyaraq görməyə gəlirdisə, uşaqlar ona ağızlarını açaraq, təəccüblə gözlərini zilləyirdilər; hər ehtimala qarşı bir-birinin əllərindən tutaraq qara trikoda, qabırğaları çıxmış, rəngi ağarmış, hətta stul belə istəməyərək, küləş tökülmüş döşəmədə oturan artistə baxırdılar. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

105 oxuma |
May
3
Bölmə: Teatr |
Gürcü əsərindəki ailə problematikası milli səhnəmizdə
«Kaş araba aşmayayadı!…». Rejissor Bəhram Osmanovun quruluşunda hazırlanmış iki hissəli tragikomediya gürcü müəllifi İoselianinin «Araba hələ ki, aşmayıb» və «Araba aşdı, yaxud on ildən sonra» pyeslərinin motivləri üzərində qurulub. Tərcümə və səhnə redaksiyasının müəllifi isə həmyerlimiz Ə.Qurbanovdur.
Premyerası hələ bir neçə ay öncə gerçəkləşmiş bu tamaşa xalq artisti Səyavuş Aslanın 70 ilik yubileyinə həsr edilmiş benefisi idi. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

89 oxuma |
May
2
Bölmə: Ədəbiyyat |
Əsgər ailəsi
Polisdə Xasayın arvadı demişdi ki, ərim şalvarını çıxardanda gördüm darbalağı yoxdu. Darbalaq söhbəti şəhərdən gələn yuristi təəccübləndirmişdi. Bəlkə heç yerli-dibli yox imiş? Şabikə and içib ağı yalamışdı ki, Xasay tövlədə başına su tökən günü özü əlilə tikdiyi güllü darbalağı ona verib. O, Xasay tövlədə başına su tökən günnən bu yana iki dəfə paltar yuyub, darbalağa rast gəlməyib. Evdə çıxartsaydı çirkli paltarların içində olardı də. Girinc olmuş şəhərli yurist həmkarını köməyə çağırmışdı: Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

241 oxuma |
May
1
Bölmə: Ədəbiyyat |
Abbas Atilay
“Bəzən korlar şəhərində gözü görən dırnaqlanmış qadının bu gözlərin nurunu hər an süd gölündə boğacağı ağımtıl qaranlığı - korluğu gözlədiyi kimi gözləyirəm anidən bədənimi saracaq titrəyişi, hər nəfəsimdə “mən artıq dəli oldum” deyəcəyimi düşünürəm, özümü hazırlayıram o müqəddəs ANa- sevgilisi ilə görüş vaxtının yaxınlaşmasından bədənini həyəcan sarmış bir gənc kimi və o EŞQin ayaq səsləri cırpındırır ürəyimi, çıxardır özümdən özümü, küçə ortasında küçələrə, otağımdakı qaranlığın diblərinə, həyatımın cöküşünün rənglərinə sığmıram artıq, dəniz sahilində suyun sonsuzluğu da susur içimdəki səbəbsiz fırtınaya. Bəzən sabahın alatoranlığında məni qəfil oyadan varlığın şahmat taxtasındakı rəqibim olduğu titrədir məni, amma ağ fiqurlar sahibsizdir. İndi qapı açılacaq, boz bir işıq halında o gələcək, heç nə demədən ağ fiqurlarla “Vd2-d4″ oynayacaq, sonra mənə gülümsəyərək əlini yanaqlarımda astaca gəzdirib dodaqlarımdan öpəcək, “mənim adım dəlilikdir” deyib “bəli, mən gözlədiyin o uzun saçlı oğlanam” pıçıldayacaq, kimsə duymasın. Ağ fiqurlarla qaranlıq gələcək, qara fiqurlarla sarımtıl keçmiş oynayacaq indinin dibigörünməz tək otaqlı dunyasında. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

138 oxuma |
Apr
30
Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun rəhbəri İlqar Abbasovla jurnal və Fond haqqında müsahibə
“Biz istəyirik ki, azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun”
Bir müddət əvvəl Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun GUAM gənc yazıçılarını Bakıya toplayacağı ilə bağlı xəbər vermişdik. Layihənin iki hissədən ibarət olduğunu da bildirmişdik: Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiyanın Ukrayna dilində nəşri və Azərbaycan yazıçılarından ibarət qrupun Kiyev şəhərində təqdimetmə mərasimində iştirakı; GUAM ölkələri gənc yazıçılarının əsərlərindən ibarət antologiyanın Azərbaycan dilində nəşri və yazıçıların Bakıya dəvət olunması. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

58 oxuma |